BURADA REKLAMINIZ OLA
BİLƏR

Plana düşən evlərə niyə dəyərindən az KOMPENSASİYA verilir? - VİDEO

Əmlak bazarında aydan-aya qiymətlər artsa da, hansısa bina yaxud da fərdi evlərin söküntüsü zamanı sakinlərə təklif edilən kompensasiyanın məbləği dəyişmir.

 

Xezerxeber.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu qənaətdədir.

 

Onun sözlərinə görə, mənzillərin qiyməti və kompensasiya həcminin artım tempi arasında böyük fərq var.

 

O qeyd edib ki, təklif edilən kompensasiya ilə əksər hallarda vətəndaşlar yeni ev almaqda çətinlik çəkirlər

 

Elnur Fərzəliyevin sözlərinə görə, bu uyğunsuzluq özünü paytaxtın mərkəzi hissələrində daha qabarıq formada büruzə verə bilər.

 

Ekspert əlavə edib ki, hazırda söküntüyə görə kompensasiyalar əsasən tikintini həyata keçirən şirkətlər tərəfindən müəyyən edilir. Kompensasiyaların ödənilməsi zamanı mütləq şəkildə əmlak bazarı araşdırılmalı və buna əsasən qərar verilməlidir.

 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Tarix: 6 İyun 2023, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin