BURADA REKLAMINIZ OLA
BİLƏR

Milli Məclis 2022-ci il dövlət büdcəsinin icrası haqqında layihəni ikinci oxunuşda qəbul etdi

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Pravda.az-ın məlumatına görə, layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 30 milyard 679 milyon 646,4 min manat, xərcləri 32 milyard 64 milyon 568,0 min manat məbləğində olmaqla qəbul edilib.

Tarix: 6 İyun 2023, 13:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin