BURADA REKLAMINIZ OLA
BİLƏR

DSMF-nin gəlir və xərclərinin hər biri 4 milyon manat artırılır

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri və xərcləri artırılır.

 

Pravda.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

 

Layihəyə əsasən, dövlət sosial müdafiə fondunun büdcəsinin gəlirlərinin 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata, xərclərinin də müvafiq olaraq 4 milyon manat artırılaraq 6 milyard 263 milyon 970 min manatdan 6 milyard 267 milyon 970 min manata qaldırılması təklif edilir.

 

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Tarix: 6 İyun 2023, 13:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin