BURADA REKLAMINIZ OLA
BİLƏR

Kaxovka su elektrik stansiyasının sıradan çıxarılması nəticəsində Xersonda suyun səviyyəsi artıq iki metrə yaxın artıb

“Rusiya işğalçılarının Kaxovka su elektrik stansiyasını (SES) sıradan çıxarması nəticəsində Xersonda suyun səviyyəsi artıq iki metrə yaxın artıb”.

 

Pravda.az xəbər verir ki, bu barədə Xerson vilayəti Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

 

O qeyd edib ki, mütəxəssislər 24 saat ərzində suyun yüksəlməsinin kritik olacağı proqnozlaşdırırlar: “Ən pis halda suyun səviyyəsi beş metrə qədər qalxa bilər. Hazırda Xerson şəhərində suyun səviyyəsinin iki metrə yaxın artdığını görürük. Təxminən bu hədd daha bir metr qalxa bilər. Hidrostansiyanın isə daha da zərər görəcəyi ehtimalı var. Bu baş verərsə, o zaman bənd dağılacaq və təxminən bir saat ərzində Xersonda suyun səviyyəsinin daha üç metr artdığını görə bilərik və bu, artıq kritik vəziyyətdir. Hazırda belə bir vəziyyət yoxdur”.

 

Qeyd: Rusiya Kaxovka SES-ə hücumda əli olması ilə bağlı iddiaları rədd edib. Kremlin sözçüsü Dmitri Peskov Kaxovka SES-də Ukrayna tərəfinin qəsdən təxribat törətdiyini bildirib.

 

Xəyal

Tarix: 6 İyun 2023, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin