BURADA REKLAMINIZ OLA
BİLƏR

Verilişi bağlanan Elgiz Əkbərdən AÇIQLAMA


MTRŞ “Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq ARB televiziya kanalının efirində 21 aprel 2020-ci il tarixdə proqramların yayımının 6 saatlıq müddətədək (saat 10:00-dan saat 16:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

ARB televiziya kanalı, ona tətbiq edilmiş məsuliyyət tədbirinin məzmunu barədə məlumatı yayımın dayandırılması müddəti ərzində özünün efirində yayımlamalıdır.

Bu qərardan dərhal sonra televiziya rəhəbrliyi tərəfindən sözügedən verilişin bağlandığı və aparıcı Elgiz Əkbərin işdən azad olunduğu iddia edilib.

Elgiz Əkbər açıqlamasında deyilənlərin yalan olduğunu bildirib:

"Mən bilmirəm, xəbərim yoxdur. İşdən çıxarıldığımı kim deyir? Kim yazıb onu? Mənim hələ heç nədən xəbərim yoxdur".Redaktor.az 

Tarix: 20 Aprel 2020, 19:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin