BURADA REKLAMINIZ OLA
BİLƏR

"Taksi xidməti sahəsində sistem yaradılmalı, müəyyən tənzimlənmələr həyata keçirilməlidir" - Ceyhun Məmmədov

“Dünyanın müxtəlif ölkələrində taksi xidməti ilə bağlı məsələyə fərqli baxış və yanaşma var. Hesab edirəm, Azərbaycan da bu sahə kifayət qədər inkişaf edib, taksi xidməti sektorunda yetərincə rəqabət mövcuddur. Lakin zaman-zaman müxtəlif narazılıqlar da müşahidə edirik”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

 

Deputat bildirib ki, bəzən taksi sürücüləri özləri narazılıq edirlər, bəzən isə vətəndaşlar ümumi keyfiyyətdən narazı qalırlar: “Düşünürəm, ciddi araşdırılmaların aparılmasına çox böyük ehtiyac var. Taksi xidməti sahəsində sistem yaradılmalı, müəyyən tənzimlənmələr həyata keçirilməlidir. Həm sağlam rəqabət mühitinin yaradılması, həm xidmət keyfiyyətinin artırılması, həm də narazılıqların aradan qaldırılması istiqamətində dövlət tərəfindən addımlar atılmalıdır. Bunun üçün isə öncə ümumi vəziyyət, taksi xidməti sahəsində mövcud problemlər, həm sürücülərin, həm də vətəndaşların narazılıqları ciddi təhlil edilməlidir. Bundan sonra müvafiq qərarlar qəbul etmək olar”.

 

Aytəkin Qardaşova 

Tarix: 6 İyun 2023, 17:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin