BURADA REKLAMINIZ OLA
BİLƏR

Toya gedən ailənin düşdüyü qəzaya görə bu şəxslər cinayət məsuliyyətinə cəlb edildi

Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Yusif Nağıyev və Rafiq Qurbanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Müşfiq Məmmədovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclası iyunun 20-nə təyin edilib.

 

Qeyd: Hadisə bu ilin yanvarında rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, toy karvanına daxil olan “VAZ-2107” markalı avtomobil “ Mercedes” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində sərnişinlərdən 1999-cu il təvəllüdlü Nağıyev Uğur Məhəmməd oğlu, onun bacısı, Nağıyeva Əziz Məhəmməd qızı və onun həyat yoldaşı, Nağıyev Yasin Ənvər oğlu aldığı xəsarətlərdən vəfat edib.

Sürücü, 1993-cü il təvəllüdlü Nağıyev Yusif Məhəmməd oğlu və digər sərnişin Nağıyeva Təranə Mahmud qızı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Daha sonra sürücülər - Yusif Nağıyevlə Rafiq Qurbanov cinayət məsuliyyətinə cəlb edilib.

 

Xatırlatma: Ölən və xəsarət alan şəxslər toya gedirlərmiş.

 

Kamal Məmmədov

Tarix: 6 İyun 2023, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin