BURADA REKLAMINIZ OLA
BİLƏR

“Chevrolet”in Azərbaycandakı rəsmi dileri cərimələndi

“Azərmaş CP” MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

 

İş hakim Səidə Məmmədovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyunun 7-nə təyin edilib.

 

Qeyd: “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. Şirkət “Chevrolet” brendinin ölkədəki rəsmi dileridir.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 08:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin