BURADA REKLAMINIZ OLA
BİLƏR

Kafedə kişini bıçaqlayan qadın tutuldu

Qaxda kafedə kişinin bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, Mahmudova Quba Elxan qızı Qax rayonu, Əmbərçay kəndinin ərazisində olan kafenin həyətində 31.05.2023-cü il tarixdə saat 17 radələrində tanışı Qurbanov Təbriz Araz oğluna bıçaqla bir dəfə qəsdən vurub. Nəticədə o, kişiyə qəsdən sağlamlığa ağır xəsarət yetirib.

 

Qax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, Q.Mahmudova şübhəli şəxs qismində saxlanıb.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 09:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin