BURADA REKLAMINIZ OLA
BİLƏR

İki polisin ölümünə səbəb olan sürücü apellyasiya şikayəti verdi

Gəncə Apellyasiya Məhkəməsində Samuxda yol qəzasında iki polis əməkdaşının ölümündə günahlandırılan Allahverdi Behbudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyunun 13-nə təyin edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 16 avqust 2020-ci il tarixində Samux rayonu ərazisində qeydə alınıb.

 

Hadisədə iştirak edən “NEW Holland TC-5050” markalı kombaynın sürücüsü, 1972-ci il təvəllüdlü Allahverdi Behbudov Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – 2 və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilinib.

 

Bildirilib ki, hadisə vaxtı kombaynla 1998-ci il təvəllüdlü polis zabiti Elnur Çağırqanovun sürdüyü “Mercedes” markalı minik avtomobilinin toqquşması E.Çağırqanovun və sərnişini olan polis serjantı, 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının həyatını itirməsinə səbəb olub.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 09:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin