BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağsuda dəhşətli qəza ilə bağlı cinayət işi açıldı

Ağsu rayonunda dəhşətli qəza ilə bağlı cinayət işi açılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə iyunun 6-sı saat 06 radələrində Ağsu-Şamaxı avtomobil yolunun rayonun Padarqışlaq kəndinin ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Belə ki, İmişli rayon sakini, 1987-ci il təvəllüdlü Əliyev Elmin Zakir oğlu özünə məxsus "KamAZ” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman o, avtomobili aşırıb və nəticədə aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin