BURADA REKLAMINIZ OLA
BİLƏR

"Azərbaycan Dəmir Yolları" ilə baxılı növbəti cərimə protokoluna bu tarixdə baxılacaq

Nəsimi Rayon Məhkəməsində "Azərbaycan Dəmir Yolları" QSC barəsində yazılmış cərimə protokoluna baxılır.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda iş hakim Elməddin Hüseynovun sədrliyi ilə araşdırılır.

 

Məhkəmənin növbəti iclası iyunun 14-nə təyin edilib.

 

Qeyd: "Azərbaycan Dəmir Yolları" ASC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 10:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin