BURADA REKLAMINIZ OLA
BİLƏR

SOCAR Qarabağ Rayon İcra Hakimiyyətini də məhkəməyə verdi

SOCAR-ın "Neft Kəmərləri" İdarəsi Qaradağ Rayon İcra Hakimiyyəti ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə İdarə Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, şirkət torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia Günel Sevdimalıyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: "Azneft" daha əvvəl də eyni iddia ilə Bakı Şəhər İcra Hakimiyyətini  bir neçə dəfə məhkəməyə vermişdi.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin