BURADA REKLAMINIZ OLA
BİLƏR

"Binəqədi Oyl Kompani" bələdiyyə ilə bağlı məhkəməyə müraciət etdi

"Binəqədi Oyl Kompani" şirkətinin Azərbaycandakı filialı Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə şirkət Bakı İnzibati Məhkəməsinə üz tutub.

 

Belə ki, "Binəqədi Oyl Kompani" torpaq münasibətləri üzrə sair mübahisələr barədə tələb irəli sürüb.

 

İddia Səlma Salahovanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 11:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin