BURADA REKLAMINIZ OLA
BİLƏR

Piyadanı vuraraq öldürüb hadisə yerindən qaçan sürücü ilə bağlı QƏRAR

Ali Məhkəmədə piyadanı avtomobillə vuraraq öldürüb hadisə yerindən qaçmaqda təqsirləndirilən Tərlan Nuriyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Göyçay Rayon Məhkəməsinin hökmü ilə o, 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Bu hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəmənin qərarına əsasən, prokurorun apellyasiya protesti qismən təmin edilib. Birinci instansiya məhkəməsinin hökmü ləğv olub. Təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək.

 

Qeyd: Hadisə 08 yanvar 2022-ci il tarixdə saat 09 radələrində Göyçay şəhərinin Ü.Hacıbəyov küçəsində qeydə alınıb.

 

Rayon sakini Tərlan Nuriyev “Ford” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1957-ci il təvəllüdlü Qasımov Zabit Məmmədhüseyn oğlunu vurub. Xəsarət alan şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, Zabit Qasımov xəstəxanada dünyasını dəyişib.

 

Hadisə yerindən qaçan avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Kamal Məmmədov

Tarix: 7 İyun 2023, 12:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin