BURADA REKLAMINIZ OLA
BİLƏR

Azad edilmiş ərazilərə qayıdacaq şəxslərin nəzərinə

İşğaldan azad edilmiş ərazilərə qayıdacaq 6 minə yaxın vətəndaş ixtisasartırma və təlimlərə cəlb ediləcək.

 

Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov media nümayəndələri ilə görüşdə deyib.

 

O bildirib ki, bu istiqamətdə konkret planlar var:

 

"Həmin şəxslər köçənə qədər ixtisaslarını artıracaq, həmçinin müvafiq sertifikat alacaqlar. 5000 nəfər qısamüddətli təlimə, 1000 nəfər isə qısamüddətli ixtisasartırma təliminə cəlb olunacaq".

 

O həmçinin əlavə edib ki, peşə təhsilində tələbələrin böyük hissəsi dövlət hesabına təhsil alır:

 

"Dövlət vətəndaşın hansısa bir peşəyə sahib olmasında maraqlıdır. Bu, dövlət siyasətinin tərkib hissəsidir və ildən-ilə dövlət sifarişli yerlərin sayı daha da artırılacaq"./APA

Tarix: 7 İyun 2023, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin