BURADA REKLAMINIZ OLA
BİLƏR

Dırnağı niyə yeyirlər? - Bu vərdişdən necə qurtulmaq olar?

Uşaqlarda və yeniyetmələrdə dırnaq yemə hallarına çox rast gəlinir. Statistikaya görə, uşaqların 20-33%-də, yeniyetmələrin isə demək olar ki, yarısında, yəni 45%-də bu hal baş verir. Yetkinlik yaşına yaxınlaşdıqca onlarda dırnaq yemək problemi azalsa da, bəzilərində, təəssüf ki, ömür boyu davam edir.

 

Pravda.az xəbər verir ki, türkiyəli psixiatr Tuba Ərdoğan dırnaq yemə probleminin nədən qaynaqlandığını, bu xəstəliyin müalicəsi yollarını açıqlayıb.

 

Psixiatrın sözlərinə görə, dırnaq yemək aşağıdakı hallardan qaynaqlanır:

 

Əsəbilik, stress və narahatlıq səbəbi ilə dırnaq yemək sinir sisteminə sakitləşdirici təsir göstərir;

 

Emosional insanlarda ölüm və ya boşanma kimi yüksək travmatik həyat hadisələri dırnaq yeməyə səbəbdir, utancaqlıq və özünə güvən hissinin olmaması da həmçinin;

 

Mükəmməlliyi sevən həssas xarakterli insanlar xəyal qırıqlığı yaşadıqda dözümsüzlük nümayiş etdirirlər ki, bu halı da dırnaq yeməklə aradan qaldırırlar;

 

Darıxdırıcı məqamlar, hərəkətsizlik, sadəcə məşğuliyyət üçün daha yaxşı bir şey tapmaq istəyi səbəbindən də dırnaqlarını yeyən insanlar var;

 

Dırnaq yeyən uşaqların bəziləri bu vərdişi öz valideynlərində gördükləri üçün onları təqlid edirlər;

 

Aqressiv ailələrdə tez-tez müşahidə olunan psixosomatika səbəbindən.

 

Uşaqlarda dırnaq yemə ilə əlaqəli ümumi psixiatrik vəziyyətlərə diqqət çatışmazlığı, hiperaktivlik pozuqluğu, ayrılma narahatlığı pozuqluğu daxildir. Bundan əlavə, əsas depressiv pozğunluq, tik pozğunluğu, obsesi kompulsiv pozğunluq formaları, enurez (məcburi sidiyə getmə), zehni gerilik, geniş yayılmış inkişaf pozğunluğu və bəzən ümumiləşdirilmiş narahatlıq, panik pozğunluq və s. müşayiət olunan xəstəliklərdir.

 

Tuba Ərdoğan dırnaq yeməkdən qurtulmağın yollarını isə aşağıdakı kimi səciyyələndirib: Davranış terapiyası tez-tez dırnaq yeməyə səbəb olan  utanc və mənfi emosiyalardan azad olmağa kömək edə bilər. Həmçinin hiss etdiyiniz tətiklər və çağırışlar barədə məlumatlılığınızı artırmağa kömək edə bilər. Bəzi hallarda vərdişi aradan qaldırmaq üçün təlim və ya hipnoterapiya təsirli olur.

 

Özünə qulluq etmək — müntəzəm yeməklər, daha çox hərəkət, bol yuxu... Bütün bunlar sizə sağalmaq üçün güc verir, özünüzü daha sakit, inamlı və möhkəm hiss etməyə kömək edir.

 

Dırnaq dişləmək güclü istəkləri təmin edir, buna görə də zehni sakitləşdirmək və istəkdən yaranan gərginliyi azaltmaq üçün meditasiya, jurnal və yoqa tövsiyə olunur.

 

 Sosial dəstək - dırnaqlarınızı dişləmək istəyini özünüzdə hiss etdiyiniz zaman sizə ən çox dəstək olan dostunuzla danışa bilərsiniz. Bu, stresli anı atmağınıza kömək edə bilər.

 

Xroniki dırnaq yemə problemi olan insanlar əlaqəli vəziyyəti həll etmək üçün dərmanlara və ya davranış terapiyasına ehtiyac duya bilərlər.

 

Aytəkin Qardaşova

Tarix: 7 İyun 2023, 17:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin