BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda daha bir vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat

Naxçıvan MR-nın mobil operatoru olan "Naxtel” MMC-nin direktoru dəyişdirilib.

 

Şirkətə rəhbərlik edən Kamil Yusifov vəzifəsindən azad edilib, onun yerinə Rəşad Namazov təyin olunub.

 

Yeni direktor bundan əvvəl, ötən ay "Naxtel"ə birləşdirilmiş "Araztech" MMC-yə rəhbərlik edib.

 

Xatırladaq ki, "Naxtel" 2015-ci ildə yaradılıb, Azərbaycanın sayca 4-cü, ölkənin yeganə regional mobil operatorudur. Hazırda onun nizamnamə kapitalı 1 010 manatdır./Report

Tarix: 7 İyun 2023, 17:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin