BURADA REKLAMINIZ OLA
BİLƏR

UEFA Konfrans Liqasının qalibi müəyyənləşdi

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

 

Pravda.az-ın məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

 

İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

 

UEFA Konfrans Liqası

Final

7 iyun

23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2

Qollar: Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90

Baş hakim: Karlos Del Serro (İspaniya)

Praqa, "Eden Arena"

 

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya "Roma"sı olub.

 

Tarix: 8 İyun 2023, 01:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin