BURADA REKLAMINIZ OLA
BİLƏR

Bərdədə mağazanın yaxınlığında quldurluq edən şəxsə AĞIR CƏZA

Gəncə Ağır Cinayətlər Məhkəməsində Bərdədə quldurluq etməkdə təqsirləndirilən Səfər Rüstəmovun (şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 22 mart 2022-ci il tarixdə saat 13 radələrində Bərdə rayonu Alpoud kəndi ərazisində yerləşən yem mağazasının yaxınlığında qeydə alınıb.

 

Belə ki, Səfər Rüstəmov əvvəllər tanıdığı zərərçəkmiş Zəfər Zəfərovun (şərti) əmlakını tamah niyyəti ilə qəsdən ələ keçirmə məqsədilə onu kimsənin görməməsi və müdaxilə etməməsi üçün həmin mağazanın arxa tərəfinə apararaq bir neçə gün əvvəl ünvanına nalayiq ifadələr işlətdiyini bəhanə edib cəzalandırmaq görüntüsü yaradıb. O, qabaqcadan üzərində götürdüyü bıçaqdan silah qismində istifadə edib zərərçəkmiş şəxsin üstünə qəflətən hücum edərək sağ əlindən bir dəfə, yumruqla sifət və baş nahiyyələrinə bir neçə dəfə vurub. Nəticədə Səfər Zəfərin cibindən 75 manat dəyərində olan bir ədəd “Samsung J2” markalı mobil telefonu və telefona məxsus adapteri ələ keçirib basqın etməklə quldurluq cinayətini törədib.

 

Kamal Məmmədov

Tarix: 8 İyun 2023, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin