BURADA REKLAMINIZ OLA
BİLƏR

Peskov: NATO sülh və sabitlik gətirmir

“NATO sülh və sabitlik gətirmir”

 

Pravda.az xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

 

“NATO daha çox mövcud olduğu regionlarda sabitliyi pozur. Biz NATO-nun fəaliyyətini belə qiymətləndiririk” - Peskov bildirib.

 

Qeyd: KİV-də Hindistanın tez bir zamanda NATO+ formatına qoşulması təklifi ilə bağlı məlumatlar yayılmışdı. Bu format Şimali Atlantika Alyansının üzvləri olan ölkələri və ABŞ-ın müttəfiqləri olan beş ölkəni - Avstraliya, İsrail, Yeni Zelandiya, Cənubi Koreya və Yaponiyanı birləşdirir. Hindistanın xarici işlər naziri Subramanyam Caişankar təşəbbüsü şərh edərkən bildirmişdi ki, beynəlxalq təhlükəsizlik siyasətində blok yanaşması Dehli üçün keçərli deyil.

 

Xəyal

Tarix: 8 İyun 2023, 14:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin