BURADA REKLAMINIZ OLA
BİLƏR

Yatarkən xoruldayan insanlar oxusunlar - Müalicəsi var

Xoruldayan insanlar həm özləri, həm də ətrafdakılar üçün narahatlıq yaradırlar. Xoruldamaq vərdiş deyil, bunun müxtəlif səbəbləri ola bilər.

 

Pravda.az xəbər verir ki, türkiyəli otolarinqoloq Ege Akça xoruldama və yuxu apnesininin (yatarkən yaranan nəfəs tıxanması) müalicəsinin mümkün olduğunu bildirib.

 

Həkimin sözlərinə görə, yuxu apnesi yuxu zamanı nəfəsin 10 saniyə və ya daha çox dayanmasıdır. Xoruldayanların böyük əksəriyyətində yuxu apnesi də aşkar edilir. Ancaq burada vacib məqam nəfəsin dayanma miqdarı və növüdür. Xoruldama və yuxu apnesi ilə bağlı bəzi yanlış fikirlər məlumdur. Belə ki, Ege Akça xoruldama və yuxu apnesinin təkcə burun tıxanıqlığı ilə əlaqəli olmadığını deyib.

 

Xorultuya yatarkən dil və uvulanın (kiçik dil) arxaya düşməsi də səbəb olur. Bu səbəbdən yuxu apnesini arıq insanlarda deyil, daha çox kök insanlarda müşahidə edilir.

 

Həkim bildirib ki, günümüzdə piylənmə ciddi problem olduğu üçün yuxu apnesi də buna uyğun olaraq artır. İnsanın yaşı artıqca onun çəkisi də artır, elə bu səbəbdəndir ki, xoruldama halına yaşlı insanlarda daha çox rast gəlinir. Həkim düşünür ki, burada əsl problem yaş deyil. Yuxu apnesinin gündəlik həyata təsiri səhər oyananda heç yatmamış kimi hiss etmək, yorğunluq, gün ərzində diqqətsizlik və uşaqlarda idrak funksiyalarında çətinlik, diqqəti cəmləmə kimi özünü büruzə verir.

 

Xoruldayan insanlar gündəlik həyatda gündüz vaxtı yuxulu olurlar. Mütəxəssis deyib ki, uzun məsafə qət edən sürücülərin, xüsusən yük maşını sürücülərinin sükan arxasında yatmaları qəzalara səbəb olur. Bunların qarşısını almaq üçün Türkiyədə hökumət tərəfindən kök, çəkili insanlar yuxu apnesi üçün sınaqdan keçirilirlər. Əgər o insanlarda yuxu apnesi aşkar edilərsə, onlardan müalicə almaları ilə bağlı sənəd tələb edilir. Həkim tövsiyə edib ki, xəstəlik, yorğunluq və ya spirtli içki qəbulu kimi dövrlər istisna olmaqla, daimi xoruldayan şəxs ilk növbədə qulaq, burun və boğaz müayinəsindən keçməlidir.

 

Aytəkin Qardaşova

Tarix: 9 İyun 2023, 09:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin