BURADA REKLAMINIZ OLA
BİLƏR

"Mercedes-Benz"in Azərbaycandakı rəsmi dilerinə cərimələr yazıldı

"Avtokapital-Azərbaycan" MMC barəsində 2 cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

 

İşlər hakim Rəşad Cavadzadə ilə Murad Məmmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasları iyunun 13 və 14-nə təyin edilib.

 

Qeyd: “Avtokapital-Azərbaycan” MMC "Mercedes-Benz" şirkətinin Azərbaycandaki yeganə rəsmi distribütorudur.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2023, 09:24   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin