BURADA REKLAMINIZ OLA
BİLƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məhkəməsində ekspertiza təyin olundu

Bakı Kommersiya Məhkəməsində “STP Alüminium” MMC-nin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı iddiasına baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ülkər Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, məhkəmə tərəfindən ekspertiza təyin olunub, icraat dayandırılıb.

 

Qeyd: “STP Alüminium” MMC İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyini məhkəməyə verərək alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

Xatırlatma: “STP Alüminium” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 100 min manatdır və qanuni təmsilçisi Fərhad Əliyevdir.

 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2023, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin