BURADA REKLAMINIZ OLA
BİLƏR

Sürücülərin nəzərinə: Bu yollardan istifadə etməyin

Baş Dövlət Yol Polisi İdarəsi Beynəlxalq velosiped turnirinin üçüncü mərhələsi ilə əlaqədar sürücülərə müraciət edib.

 

İdarədən verilən məlumata görə, müraciətdə deyilir:

 

"Əziz Şuşa Beynəlxalq Velosiped Turniri”nin növbəti mərhələsinə bu gün Qəbələ rayonundan start veriləcək.

 

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın üçüncü mərhələsində velosipedçilər Qəbələ-Ağdaş-Xaldan-Mingəçevir marşrut xətti üzrə və Bakı-Qazax avtomobil yolu ilə hərəkət edərək yarışın növbəti mərhələsini Gəncə şəhərində tamamlayacaqlar. Tur səhər saat 10:30-dan 15:00-dək davam edəcək.

 

Sürücülərdən tədbirin beynəlxalq əhəmiyyətini nəzərə alaraq, yuxarıda qeyd olunan müddət ərzində yarış iştirakçılarının hərəkət edəcəyi yollardan mümkün qədər istifadə etməməyi xahiş edirik".

Tarix: 9 İyun 2023, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin