BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə “Chevrolet”in Azərbaycandakı rəsmi dileri ilə bağlı cərimə qərarı verdi

Şirvan Şəhər Məhkəməsində “Azərmaş CP” MMC-nin barəsində yazılmış protokola baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Səidə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, "Azərmaş CP” MMC barəsində inzibati tənbeh tətbiq edilib.

 

Xatırlatma: “Azərmaş CP” MMC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

 

Qeyd: “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. Şirkət “Chevrolet” brendinin ölkədəki rəsmi dileridir.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2023, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin