BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: “Utilizasiya təklifini kim veribsə, sırf xalqın “cibinə girmək”, xalqın hesabına büdcədəki kəsrləri tamamlamaq üçün verib...”

““Utilizasiya xərcləri” adı altında dəyişiklik sadə vətəndaşlardan pul yığmağın, bu vasitə ilə büdcəyə əlavə gəlir gətirməyin yoludur. Burada heç bir utulizasiyadan söhbət gedə bilməz. Bakı küçələrində az qala 1960-1970-ci illərin avtomobilləri var. Eynilə regionlarda da. “Utilizasiya xərci” - Azərbaycan standartları hələ ona gəlib çatmayıb. Kimsə öz avtomobilini utilizasiya etmək istəsə, aparıb metal kimi Metaləritmə Zavoduna verər, əridər, əlavə üç-beş manat pul alar. Mən anlamıram, “utilizasiya xərci” nə deməkdir? Dövlət burada nə xərc çəkəcək? Əksinə, biz görmüşük ki, kimsə öz məhsulunu satanda ona pul verərlər. İndi inkişaf etmiş ölkələrdə ekologiya və s. nəzərə alınaraq belə bir xərc qoyula bilər. Qəribədir, Azərbyacanda pul toplamaq lazım olanda, vətəndaşların ödəməli məsələləri olanda Avropanın ən inkişaf etmiş ölkələrindən nümunələr göstərilir, amma dövlətin göstərdiyi xidmət sahələrində ödənişlərdə isə bizi MDB ilə, geridəqalmış ölkələrlə müqayisə edirlər...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.

 

O bildirib ki, ümumiyyətlə, utilizasiya lüzumsuz təklifdir: “Bu təklifi kim veribsə, sırf xalqın “cibinə girmək”, xalqın hesabına büdcədəki kəsrləri tamamlamaq üçün verib. “Utillizasiya xərcləri”nin qəti əleyhinəyəm. Yəqin, parlamentdə artıq qanuna səs verilib, amma verilməməli idi. İnsanlarımız onsuz da yoxsuldur, ikinci-üçüncü əl avtomobillər alıb ölkəyə gətirirlər. Niyə? Çünki gömrük rüsumu kifayət qədər yüksəkdir. Bu baxımdan, utilizasiya xərci də maşın bazarında qiymətlərin bahalaşmasına gətirib çıxaracaq. Yenə də sonda sadə vətəndaş əziyyət çəkəcək. Məncə, yersiz addımdır”.

 

Aytəkin Qardaşova

Tarix: 9 İyun 2023, 11:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin