BURADA REKLAMINIZ OLA
BİLƏR

“Halal nemət” adı ilə kolbasa və sosis istehsal edən şirkətinin cərimə protokoluna bu gün baxılacaq

“Səhliyalı” kiçik müəssisəsi barəsində cərimə protokoluna bu gün baxılacaq.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Vaqif Həsənovun sədrliyi ilə araşdırılacaq.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2023, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin