BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını bıçaqlayan şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Vüqar Rəsulovun barəsindəki barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Rəsulov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 2021-ci ilin sentyabrında paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, Əhmədli qəsəbəsində 2005-ci il təvəllüdlü Riad Babayev əvvəllər mübahisə etdiyi 2001-ci il təvəllüdlü Vüqar Rəsulov tərəfindən dava zamanı bıçaqlanıb.

 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həyatını xilas etmək mümkün olub.

 

Faktla bağlı V.Rəsulov saxlanılıb və ona Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2023, 11:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin