BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaxşı oxuyanlara “yaşıl kart”, zəif oxuyanlara isə “narıncı kart” verən məktəbdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ağstafa rayon Dağ Kəsəmən kənd 2 saylı orta məktəbində yaxşı oxuyan, davranış qaydaları normal olan şagirdlərə “yaşıl kart”, zəif oxuyanlara isə “narıncı kart” verilməsi ilə bağlı görüntülərin sosial şəbəkələrdə paylaşılması narazılıq yaradıb.

 

Məktəbdən Pravda.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şəkillər artıq sosial şəbəkədən silinib.

 

“Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin “Facebook” səhifəsində şagird davranış qaydaları ilə bağlı məlumat paylaşılıb. “Yaşıl kart” alan şagirdlərlə bərabər “narıncı kart” (xəbərdarlıq) alan şagirdlərin də şəkilləri sosial media hesabında yayımlanıb. Məsələ nəzarətə götürülüb. Müvafiq şəxslərin izahatı alınıb. Şəkillər məktəbin sosial media hesabından çıxarılıb”.

 

Aytəkin Qardaşova

Tarix: 9 İyun 2023, 12:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin