BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddi müəyyənləşəcək

Azərbaycanda valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddinin müəyyən edilməsi təklif olunur.

 

Pravda.az-ın xəbərinə görə, bu, parlamentin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Valyuta tənzimi haqqında" qanuna dəyişiklik layihəsində öz əksini tapıb.

 

Sənədə əsasən, Azərbaycan Mərkəzi Bankı valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin apardığı valyuta mübadiləsi əməliyyatlarının yuxarı həddini müəyyən edir.

 

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Tarix: 9 İyun 2023, 13:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin