BURADA REKLAMINIZ OLA
BİLƏR

Şimali Koreyada intihar qadağan edilir – Bu addımla qarşısını almaq mümkündürmü? – Psixoloqdan AÇIQLAMA

Şimali Koreyada intihar edən şəxsin qohumları cəzalandırılır. Hökumət hesab edir ki, bununla ölkədə intiharın qarşısını almaq, psixoloji baxımdan intihar etmək istəyənlərə bu cür təsir göstərmək mümkündür. Onu da qeyd edək ki, bu il Şimali Koreyada intihar edənlərin sayı ötən illə müqayisədə 40% artıb.

 

Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən tanınmış psixoloq Gülnar Orucova bildirib ki, intihara sövq edən, buna səbəb yaradan insanları cəzalandırmaq daha doğru olar.

Azərbaycan kişisi cinsəl olaraq həmişə acdır” Pravda.az

Onun sözlərinə görə, intihar edənlərin sayı bütün dünyada artıb, yaşı da çox gəncləşib: “Əvvəlki illərə baxsaq, intiharlar daha çox 19-33 yaş arası idi. Amma indi 8-10 yaşında intihar edən uşaqlar da var. Mən onlara yeniyetmə deməzdim, məhz uşaqlar. İntihar insan beyninin ani verdiyi bir qərardır. İntihar edən insanlar əslində həyatı daha çox sevən, həyatdan daha çox şey gözləyən insanlardır. Amma iradələri zəif olduğu üçün problemlərə, çətinliyə dözə bilmir, onların qarşısında əzilirlər və sonda intiharı seçirlər. İntihar edənlərin böyük bir qismi həqiqətən son anda qurtulmaq istəyir, o hisslərdən əl çəkirlər, amma bu fikri reallaşdırdıqları üçün çox vaxt canlarını qurtarmaq mümkün olmur”.

 

Psixoloq düşünür ki, son dönəmlər hətta intihara sövq edən adamlar cəzalandırılmır: “Məsələn, şantaj edən kişilərin sayı artıb. Qadını o həddə çatdırır ki, qadın intihar edir. Kişiyə isə heç bir cəza verilmir. Belə halların sayı ardıqca intihar edənlərin sayı da artır. Əslində, cəza verilməsi ilə bağlı qərar hardasa insanları intihar fikrindən daşındırmağa şərait yarada bilər. Amma intihar edən şəxsin ətrafındakı insanlar bəzən onu o həddə çatdırırlar, intihara sövq edirlər. Ətrafda onu bu hala təhrik edən insanların cəzalandırılması daha doğru olar. İldən-ilə intiharların sayı artır. Sosial şəbəkələr bunu paylaşdıqca insanların gözündə adiləşir, düşünürlər ki, intihar etmək olar. Yeniyetmələr arasında bu, artıq zarafat halını alıb, deyirlər ki, universitetə girməsəm, özümü yüksək mərtəbədən atacağam. Qəbuluma gələn yeniyetmələrdən biri deyirdi ki, “Dəniz Mall”dan özümü atacağam. Çox qəribədir. Soruşdum ki, niyə “Dəniz Mall”dan atacaqsan? Dedi ki, qoy hər kəs görsün, özümü öldürdüm. Deməli, burada bir məntiq var: hər kəs görür, yəni hər kəsin məni xilas etmə ehtimalı var. Universitetə girmədiyi təqdirdə ailəsinin onu danlayacağını bilərək şüurlu şəkildə deyir ki, intihar edəcəyəm. Bəzən valideynlər də həqiqətən övladlarını ölümə təhrik edirlər. Belə valideynlər də cəzalandırılmalıdır. Hər kəs universitetə girə, ali savad ala bilməz. Bunu valideyn olaraq qəbul etməlisiniz. Uşaqları universitetə girməklə valideynlər nə düşünürlər? Uşaq həkim olacaq, ya prezident? Bəlkə, deputat, nazir? Sadəcə, universitetdir, ali təhsil ocağıdır. Bunu nəzərdə saxlamaq lazımdır”.

 

Aytəkin Qardaşova 

Tarix: 9 İyun 2023, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin