BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobusda qadınlar arasında dava, yeniyetmə qonşusunun burnunu sındırdı - MƏHKƏMƏ

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Malik Qafarovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şövkət Nəcəfovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.

 

İttihama görə, hadisə 12 iyul 2022-ci il tarixdə saat 12 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində qeydə alınıb.

 

Belə ki, 2005-ci il təvəllüdlü Malik Qafarov həmin ərazidə “Zəka” marketin qarşısında 119 saylı şəhərdaxili marşrut avtobusunda dayanıqlı vəziyyətdə olarkən nəqliyyat vasitəsinə zərərçəkmiş olan qonşusu Samir Quliyev (şərti), onun həyat yoldaşı Sənəm Quliyeva (şərti) və azyaşlı övladları minib. Bu zaman Sənəm ilə digər qonşusu Günay Həsənova (şərti) arasında mübahisə yaranıb. Samir isə mübahisəyə müdaxilə edib və Günayın qolundan tutub kənara çəkib. Malik Qafarov isə həmin an Samirin sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq onun burnunu sındırıb.

 

İstintaq dövründə Malik Qafarovun barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 9 İyun 2023, 18:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin