Azərbaycanda tolerantlıq ümumilikdə tək cəmiyyətdə deyil, hər bir vətəndaşın şüurunda, mövqeyində, münasibətində və həyat tərzində ehtiva olunan, daha da möhkəmlənən, önəmli bir dəyərə çevrilib. Azərbaycan xalqı dini, irqi müxtəlifliyə qarşı hər zaman tolerant münasibət göstərib. Ölkəmiz qonaqpərvər ev sahibi simasında digər xalqların nümayəndələrinə qucaq açıb. Azərbaycanda yaşayan ayrıayrı dini icmaların nümayəndələri də dini tolerantlıq dəyərinin həm cəmiyyətin təbii xüsusiyyəti, həm də dövlətin siyasəti olmasını yüksək qiymətləndirirlər.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib ki, 2001-2002-ci ildə Azərbaycanın tolerantlığın ən yüksək səviyyədə olduğunu Norveç və Almaniya səfirləri deyiblər.

“Biz milli və dini tolerantlığı qarışdırırıq. Bu, başqa millətə, başqa dinin ardıcıllarına qarşı dözümlü olmaq deməkdir. Öz dinini, millətinin xüsusiyyətlərini başqa xalqın dinindən, xüsusiyyətlərindən üstün tutmamaqdır. Düşünürəm, bu nöqteyi-nəzərdən Azərbaycanda heç bir problem yoxdur. 2014-cü ildə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri vəzifəsini ən yüksək səviyyədə təşkilatçılıq qabiliyyəti olan akademik Kamal Abdulla tutmuşdu. Tolerantlıqla bağlı xüsusi dərsliyimiz bir çox Avropa ölkələrində, Qərb ölkələrinin çoxunda, o cümlədən Amerikada istifadə olunur, bu dərslikdən faydalanırlar. Lap yaxın ətrafımıza baxdıqda Ermənistan, Gürcüstan, bəzən Rusiyanın özündə, ən çox Avropada, Skandinaviya ölkələrində görürük ki, nə milli, nə də dini tolerantlıq bizdəki qədər inkişaf edib. Yəqin ki, heç vaxt inkişaf etməyəcək. Çünki onları başqalarının milli, etnik maraqları, dini mənsubiyyəti maraqlandırmır. Bu baxımdan xüsusi millətik. Ola bilsin, bu qədər başqalarının dininə, milli mənsubiyyətinə hörmət edən, bunu nəzərə olan bizim kimi ikinci bir xalq yaranmayıb. Azərbaycanda belə bir problem yoxdur. Bizdə tolerantlıq, dözümlülük, başqalarının dininə, milli mənsubiyyətinə hörmət ən yüksək səviyyədədir. Bu, həm hakimiyyət səviyyəsində, həm də xalq səviyyəsində daha çox özünü büruzə verir. Hesab edirəm, xalq səviyyəsində özünü büruzə verən dözümlülük daha yüksək məna daşıyır, çünki hakimiyyət müəyyən vəzifə kimi bunu yerinə yetirə bilər. Amma xalq vəzifə kimi yox, sadəcə, öz tərbiyə səviyyəsinə, daxilindəki dözümlülüyə görə bunu edir”, - o deyib.
R.Əliyev bildirib ki, bütün səylər İslamın daxilində olan məzhəbçiliyin aradan qaldırılmasına yönəlməlidir: "Son zamanlar məzhəblər arasında münaqişələr ciddi sürətdə artmışdı. Bir neçə ay əvvəl Məhərrəmlik dövündə bunu gördük. İndi yavaş-yavaş düşmənçilik səngiyir. Amma insanların qəlbində, bir-biriləri ilə söhbətdə bunu yenə hiss edirik. Hesab edirəm, əsas diqqəti buna verməliyik. Dinimiz İslamın məzhəbçiliyi bizə daha çox ziyan vurur. Məzhəbçiliyi aradan götürmək ən böyük dözümlülük ola bilərdi. Bunu arzu edirəm”.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İsgəndərov isə deyib ki, dəyişən dünyada bir çox dəyərlərin itdiyinin, qloballaşmanın gətirdiyi müsbət və mənfi keyfiyyətlərin şahidi oluruq:

"Azərbaycan hüquqi dövlət, müasir ölkə kimi hətta qlobal anlamda parlayan ulduza çevrilməkdədir. Ölkəmizdə tolerantlıq, multikultural dəyərlər ən yüksək səviyyədədir. Hətta biz kifayət qədər inkişaf etmiş, çoxillik dövlətçilik ənənəsi olan ölkələrə nümunə göstərə bilərik və göstəririk. Ölkəmizdə həm dini, həm milli tolerantlıq elə səviyyədədir ki, dünyanın beyin mərkəzləri, bu sahədə tanınmış mütəxəssislər, hətta ölkə rəhbərləri Azərbaycandakı bu mühiti dünya üçün nümunə göstərir. Ölkəmizdə bütün dinlərin nümayəndələri mehriban şəkildə yaşayırlar. Bütün milli azlıqlar, dini cəmiyyətlər, onların nümayəndələri vətəndaşlarımız kimi bərabərhüquqlu şəkildə ölkəmizin hərtərəfli inkişafına töhfələr verirlər. Bakı bu sahədə olan bir çox beynəlxalq platformalara ev sahibliyi edir".
Deputat bildirib ki, ümumiyyətlə, tolerantlıq, multikultural dəyər azərbaycanlı insanın həyat tərzidir: "Bütün bunlar qanunla yox, həytımızın bir hissəsi kimi içimizdə yaşayır. Bu dəyərlərin qorunması bizim sərvətimizdir. Həm Qərbdə, həm digər qitələrdə nələr baş verdiyinin şahidiyik. Türkafobiya, Azərbaycanafobiya, İslamafobiya baş alıb gedir. O ölkələrdə bunun problemli olduğunu görürük ki, həmin ölkələr yüz illərdir, dövlətçilik ənənəsindən, demokratiyadan danışırlar. Lakin hər birində nələr baş verdiyinin, insanlara qarşı zorakılıqların, dini ayrıseçkiliyin, inanclarına görə təqib olunmalarının, fikir azadlığına görə əzilmələrinin şahidi oluruq. Bu mənada, Azərbaycanın müstəqilliyi 30 il olsa da, biz yüz illərlə dövlətçilik tarixi olan, dünyaya demokratiya dərsi verməyə çalışan ölkələrə nümunə göstəririk. Azərbaycanlı olmağımızla fəxr etməliyik. Dövlətimizin bu istiqamətdəki siyasətini alqışlamalı, bunun davamlı olmasını arzulamalı, bu dəyərləri daimi qoruyub-saxlamalıyıq".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
Ən son xəbərləri səhifəmizdən də izləyin