BURADA REKLAMINIZ OLA
BİLƏR

QHT Şurası müsabiqə elan etdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə yazı müsabiqəsi elan edib.

Şuradan Pravda.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “SƏLİS Jurnalist” nominasiyası üzrə Azərbaycan Respublikasında, həmçinin ölkədən kənarda fəaliyyət göstərən jurnalistləri və araşdırmaçıları müsabiqədə iştirak etməyə dəvət edir.

Müsabiqəyə təqdim olunan məqalələr aşağıdakı mövzuları əhatə etməlidir:

1) Ölkədə aparılan iqtisadi, sosial və kadr islahatları.

2) İctimai nəzarətin effektiv təşkili və milli maraqların qorunması.

3) QHT-lərlə dövlət qurumları arasında əməkdaşlığa dair yeni imkanlar və perspektivlər.

 

Müsabiqədə hər mövzu üzrə ilk 3 yeri tutan qalib aşağıdakı məbləğdə mükafatlandırılacaq:

 

1-ci yer – 1200 (min iki yüz) manat

2-ci yer- 800 (səkkiz yüz) manat

3-cü yer – 500 (beş yüz) manat

 

Müsabiqənin şərtləri:

 

• Yazıların həcmi 1 səhifə (A3) (Times New Roman şriftində (12), 9-11 min işarə) olmalıdır;

• Yazılar çap və onlayn mediada dərc edilməli və “SƏLİS Jurnalist” müsabiqəsində iştirak üçün yazıldığı qeyd olunmalıdır;

• Yazılar orijinal olmalı, yəni ilk dəfə müsabiqə dövründə mediada yayımlanmalıdır;

• Yazılar Azərbaycan dilində yayımlanmalıdır;

• Jurnalist araşdırmalarına və innovativ ideya təkliflərinə üstünlük veriləcək.

 

Müsabiqədə iştirak edən şəxslərin məqalələri çap və ya onlayn mediada 5 noyabr - 5 dekabr 2019-cu il tarixlərində yayımlanmalıdır.

 

5-15 dekabr 2019-cu il tarixlərində Ekspertlər Qrupu müsabiqə qaliblərini müəyyən edəcək.

 

15 dekabr 2019-cu ildən sonra müsabiqənin nəticələri elan olunacaq.

Tarix: 5 Noyabr 2019, 12:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin