BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz İdrisoğlu əməliyyat olundu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini, sektor müdiri Ramiz İdrisoğlu septorinoplastika (burun çəpəri əməliyyatı) keçirib.

 

Bu barədə Pravda.az-a açıqlama verən R.İdrisoğlu deyib ki, indi səhhəti normaldır.

 

“10 il idi ki, burun çəpərimdə problem var idi, amma əməliyyatı ləngidirdim. Artıq rinit problemi də üstünə gəlmişdi. İkitərəfli nəfəsalma çətinliyi yaşayırdım. Həm çəpər əməliyyatı etdirdim, həm də kiçik estetik düzəlişlər də oldu. Çünki burnumda eynəyin yaratdığı fəsadlar da var idi. Bu fəsadları da aradan qaldırdıq. İndi hər şey qaydasındadır. Hamı sual verirdi, mən də sosial şəbəkədə buna görə şəkil paylaşdım”, - qurum rəsmisi bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 12 İyun 2023, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin