BURADA REKLAMINIZ OLA
BİLƏR

Toydan çıxıb həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Tovuz rayonunda qəsdən adam öldürməyə cəhddə ittiham olunan 1971-ci il təvəllüdlü Oqtay Abdiyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Oqtay Abdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

 

Oqtay Abdiyev 20 aprel 2019-cu il tarixdə saat 18 radələrində Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində yeyib içib. Sərxoş vəziyyətdə piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Seymur Tağıyevin onun yerişini yamsılamasından əsəbləşib.

 

Oqtay Abdiyev Seymur Tağıyevi söyərək evə gedib. Seymur isə arxasınca gələrək ona və ailə üzvlərinə fiziki zor tətbiq edib.

 

Bundan hiddətlənən Oqtay Abdiyev evin mətbəxinə daxil olaraq oradan bıçaq götürüb və artıq həyətdən çıxıb evi istiqamətində gedən Şeymur Tağıyevin arxasınca gəlib. Oqtay Abdiyev Seymur Tağıyevi yaşadığı evin həyətinin darvazası qarşısında yaxalaya bilib.

 

Bu zaman Oqtay Abdiyevin əlində bıçaqla gəldiyini görən Seymur Tağıyevin səsinə küçəyə çıxmış atası Cəlal Tağıyev onu sakitləşdirmək isyəyib.

 

Oqtay Abdiyev özündə olan bıçaqla Calal Tağıyevə bir neçə zərbə vurub. Yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

 

Kamal Məmmədov

Tarix: 12 İyun 2023, 17:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin