Reklam

Yer kürəsinə komet yaxınlaşır – Nə baş verəcək?

May ayında Yerə yaxınlaşma ehtimalı olan yeni komet aşkar edilib.

 

Azərbaycan Milli Elmlər Akademiyasından Pravda.az-a verilən məlumata görə, “Comet C /2020 F8 (SWAN)” indeksini almış komet bu ilin aprel ayından gələn ilin mart ayına qədər olan dövrdə Günəş sistemindən keçəcək.

 

Kometin mayın 27-də Günəşə ən yaxın nöqtəyə çatacağı və onun yanından 64,4 milyon kilometr məsafədə keçəcəyi gözlənilir. Bundan iki həftə əvvəl, mayın 12-də isə komet Yer kürəsinin yaxınlığından, 83,3 milyon kilometr məsafədə keçəcək.

 

Kometi yalnız Yer kürəsinin Cənub yarımkürəsi sakinləri görə bilərlər.

 

Xatırladaq ki, aprelin 11-də Yer kürəsinə yaxınlaşması gözlənilən “Atlas” kometinin üç hissəyə parçalandığı müəyyənləşdi.

 

Tarix: 21 Aprel 2020, 15:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin