Hər bir Azərbaycan vətəndaşı qayda-qanunlara əməl etməlidir. Meyvələrini yol kənarına tökən sahibkar hansısa orqan tərəfindən qaydaların pozulmasına dövlətin nöqsanı kimi qiymət verib, aqressivlik göstərirsə, əlbəttə, bu, nə düzgün yol, nə də çıxış yoludur. Hər bir insana küçənin kənarında, ictimai yerlərdə meyvə satmaq, alver etmək icazəsi verilsəydi, onda Bakının gözəlliyindən, təmizliyindən, həm də insanların rahatlığından danışmaq mümkün olmazdı. Vətəndaş xırda sahibkarlıqla məşğul olursa, bununla bağlı müəyyən yerlər, bazarlar var. Sahibkar burada öz məhsullarını sata bilər.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sosial şəbəkələrdə meyvələrini yol kənarına tökən sahibkarla bağlı yayılan görüntülərə münasibət bildirərkən deyib.
Deputat bldiririb ki, bəzi hallarda sahibkarlara müəyyən maneələr yaradılması halları var: “Ancaq o demək deyil ki, sən əsəblərini cilovlaya bilmə, satdığın meyvələri küçəyə səpələ, bununla etirazını bildir. Doğrudan da sənə imkan yaradılmırsa, bununla bağlı müvafiq qurumlara müraciət etmək, danışıqlar aparmaq olar. Belə insanlara məsləhətim budur ki, müvafiq orqanlarla lazımi qaydada razılığa gəlsinlər, onlar üçün şərait yaradılmasını tələb etsinlər. Mən də belə insanların incidilməsinin tərəfdarı deyiləm. Çünki sahibkar öz məhsulunu satmalıdır. Təəssüf ki, bir çox hallarda belə insanlara qayğı və diqqətlə yanaşılmır. Bir vətəndaş kimi şahidi olmuşam, görmüşəm ki, avtomobilinin baqajında alma, armud məhsulunu gətirir, amma bazara çıxara bilmir. Görürsən ki, binanın kənarında saxlayıb, bazardakından xeyli aşağı qiymətə satmaq istəyir. Halbuki meyvəsi də keyfiyyətlidir. Bəzi səlahiyyət sahibləri belələrinə maneə olmaq istəyirlər və onlara qadağalar qoyurlar. Əlbəttə, qadağalar tətbiq olunmalıdır, amma bununla bərabər sahibkarlara lazımi məsləhətlər verilməli, onlara diqqət göstərilməlidir. Bu adamlarla kobud danışmaq, onları qanun pozuntularına vadar etmək yolverilməzdir. Bir neçə dəfə mən də belə insanlara yaxınlaşıb demişəm ki, sahibkar gətirib məhsulu satır, sən də doğrudan icra nümayəndəliyində, bələdiyyədəsənsə, ən azından sahibkara şərait yarat. Yer təyin et, adam məhsulunu satsın. Deyirsən ki, o mal keyfiyyətsizdir, xəstəliklərə səbəb ola bilər. Axı bunun da yolları var. Hər bir vətəndaş bazara çıxa bilmir. Bu il Azərbaycanda meyvə həddindən artıq boldur. Keçən ildən fərqli olaraq, rayonlarda əriyin, gavalının, gilasın qiymətləri xeyli aşağıdır. Ancaq vətəndaş bunu bazara çıxara bilmir. Bunu üçün səyyar köşklər, səyyar xırda bazarlar yaradılmalıdır. Vətəndaş uzun məsafə qət etmədən məhsullarını orada satmalıdır. Əlbəttə, onun üzərində də nəzarət olmalıdır”.
Aytəkin Qardaşova
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
Ən son xəbərləri səhifəmizdən də izləyin