BURADA REKLAMINIZ OLA
BİLƏR

“50 Qəpik Obed” restoranında “razborka” qanla nəticələndi - MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sübhan Səmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 18 iyul 2022-ci il tarixdə paytaxt ərazisində yerləşən “50 Qəpik Obed” restoranında qeydə alınıb.

 

Belə ki, təqsirləndirilən Sübhan Səmədov dostu Maqsud Quliyevlə (şərti) birgə tanışı, zərərçəkmiş Əsgər Məmmədovla (şərti) aralarında yaranmış mübahisəyə aydınlıq gətirmək üçün həmin restoranın ikinci mərtəbəsində yerləşən otaqda söhbət edib. Daha sonra onların arasınd asözlü mübahisə olub və nəticədə Sübhan Əsgərə bir bıçaq zərbəsi endirərək xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 13 İyun 2023, 15:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin