BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhman Orxan: “Azərbaycanlı qız və onun nişanlısı olan koreyalı oğlanla bağlı yazdığım statusa görə iztirab çəkirəm”

Qalmaqallı statusuma görə yeni ailə quran azərbaycanlı qızdan və onun nişanlısı olan koreyalı oğlandan, onların valideynlərindən, yaxınlarından-doğmalarından, “Facebook”dakı dost-tanışlarımın hamısından dönə-dönə üzr istəyirəm.

 

Pravda.az-ın xəbərinə görə, bunu Əməkdar jurnalist Rəhman Orxan bildirib.

 

“O statusa görə çox xəcalət, iztirab çəkirəm. Bağışlayın səhvimi, bağışlayın ki, belə bir qeyri-obyektiv status yazıb, yanlış fikirlərə yol verdim. Xahiş edirəm, daha neqativ şərhlər yazmayasınız. Kifayət qədər yazılıb”, - o qeyd edib.

Tarix: 13 İyun 2023, 18:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin