BURADA REKLAMINIZ OLA
BİLƏR

Şeyxdən Afaq Bəşirqızının söyüş söyməsinə münasibət: “Ay alçaq”, “ay satqın”, “ay xəyanətkar”

Xalq artisti Şeyx Əbdül Mahmudbəyov xalq artisti Afaq Bəşirqızı ilə bağlı yaranmış qalmaqala münasibət bildirib.

 

O, hadisədən xəbərsiz olduğunu deyib:

 

“Mən o söyüşü eşitməmişəm, eşitsəydim, fikrimi deyərdim. Əgər efirdə “ay alçaq”, “ay satqın”, “ay xəyanətkar” deyib kiməsə müraciət edibsə, bu sözlər efirdə də işlənir, həyatda da. Bir də var, xuliqan söyüşü. İnanmıram ki, Afaq Bəşirqızı efirdə “xuliqanski” söyüş söyə”.

 

Qeyd edək ki, Afaq Bəşirqızı ARB-nin “Elgizlə izlə” verilişində qeyri-etik ifadələr işlədib ki, bu da cəmiyyətdə birmənalı qarşılanmayıb, aktrisanın ətrafında qalmaqala səbəb olub.Yenicag

Tarix: 21 Aprel 2020, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin