BURADA REKLAMINIZ OLA
BİLƏR

Boşanmaq istəyən arvadını bıçaqlayan şəxslə bağlı qərar ləğv edildi

Ali Məhkəmədə Bakıda ondan boşanmaq istəyən arvadını bıçaqlamaqda təqsirləndirilən 1988-ci il təvəllüdlü Heydər Nadirovun barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosedə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona şərti cəza verilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Qeyd: Hadisə 2022-ci il mayın 5-də paytaxt ərazisində qeydə alınıb. Jalə Nadirova məhkəmədə bildirib ki, əri Heydərin ailəyə laqeyd yanaşması, ona qarşı təhqiredici ifadələr işlətməsi və s. səbəblərə görə birgə yaşadıqları müddətdə aralarında tez-tez mübahisələr baş verib. Qadın ərindən bıçaqlanma hadisəsindən 5 ay əvvəl ayrılıb və boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma barədə qərar birgə qəbul olunub və bundan sonra Jalə Nadirova kirayə evə köçüb. Buna baxmayaraq, əri onun yaşadığı ünvanı tapıb və hadisə də məhz orada baş verib. Heydər həmin ünvana gələrək Jalədən ona uşaqlarını göstərməyini istəyib və başqa bir kişi ilə münasibətdə olub-olmadığını soruşub. Jalə “yox” cavabı versə də, Heydər bu sualında israr edib və Jalə bezərək münasibəti olduğunu deyib. Bundan qəzəblənən Heydər əlindəki dəmir parçası ilə Jaləyə qarın nahiyyəsindən xəsarət yetirib.

 

Kamal Məmmədov

Tarix: 14 İyun 2023, 08:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin