BURADA REKLAMINIZ OLA
BİLƏR

Cüdoçu Turanı öldürən Ruslanın məhkəmə görüntüləri yayıldı - VİDEO

Bakı Ağır Cinayətlər Məhkəməsində Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun görüntüləri yayılıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə görüntüləri İN Media yutub kanalı paylaşıb.

 

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

 

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.

 

Tarix: 14 İyun 2023, 16:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin