BURADA REKLAMINIZ OLA
BİLƏR

“Changan” avtomobillərinin Azərbaycandakı rəsmi distrübitoruna cərimə protokolu yazıldı

“Azərbaycan Avtomobil Evi” MMC barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İş hazırda hakim Nəriman Mehdiyevin sədrliyi ilə araşdırılır.

 

Məhkəmənin növbəti iclası iyunun 19-na təyin edilib.

 

Qeyd: “Azərbaycan Avtomobil Evi” MMC “Changan” avtomobillərinin Azərbaycanda rəsmi distrübitorudur.

 

Kamal Məmmədov

Tarix: 15 İyun 2023, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin