BURADA REKLAMINIZ OLA
BİLƏR

"Onu dinləmək kifayət edirdi" - Cavanşir Quliyevdən Afaq Bəşirqızı ilə bağlı AÇIQLAMA

“Mən o müsahibənin bir parçasını dinlədim, tamamını dinləmədim. Amma onu dinləmək kifayət edirdi. Afaq xanım yanlış fikir söyləyib. Gəlib Bakıda nərdivan altında doğmaq pis şey deyil”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Şimali Kiprdə yaşayan bəstəkar Cavanşir Quliyev deyib.

 

“Bu, birincisi. Kim deyir, o pis işdir? Qadın uşaq doğar. Onun üçün qadını heç kim ittiham edə bilməz. İkincisi, insanın haradan gəlib harada yaşamağını heç kəs müəyyənləşdirə bilməz. Buna insan özü qərar verər. Üçüncüsü, bu insanlar rayondan Bakıya niyə gəlir? Bax, o səbəb araşdırılmalıdır. İnsanın həyatı rayonda yaxşı keçirsə, Bakıya niyə gəlməlidir? Deməli, yaşamaq imkanı yoxdur. O üzdən hesab edirəm ki, yanlış mövqedir”- C.Quliyev qeyd edib.Azadlıq radiosu .

Tarix: 21 Aprel 2020, 21:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin