BURADA REKLAMINIZ OLA
BİLƏR

Afaq Bəşirqızından sərt sözlər: "Deyirəm ki, sizə ar olsun!" - VİDEO

Xəbər verdiyimiz kimi, Milli Televiziya və Radio Şurası (MTRŞ) ARB telekanalının efirində 21 aprel tarixdə proqramların yayımının saat 10:00-dan saat 16:00-dək dayandırılması haqqında qərar qəbul edib. Buna sözügedən telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, sözügedən veriliş kanalın internet arxivindən silinsə də, efirdə söyüş söyən şəxsin Afaq Bəşirqızı olduğu iddia edilib.

 

Qeyd edək ki, Afaq Bəşirqızı bir müddət öncə Teatr Xadimləri İttifaqının 14-cü konfransını yarımçıq tərk etmişdi. O, Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azər Paşa Nemətovu sərt şəkildə tənqid etmişdi.

 

Tarix: 21 Aprel 2020, 22:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin