BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışını öldürən şəxsin yenidən məhkəməsi başladı

Ali Məhkəməndə Gəncə şəhərində qətl törətməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Elçin Əliyev barəsindəki hökmdən verlən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası iyulun 21-nə təyin edilib.

 

Qeyd: 2021-ci il noyabrın 8-də Samux-Gəncə avtomobil yolunun kənarında Gəncə şəhər sakini Ayxan Məmmədov öldürülüb. Müəyyən edilib ki, onu tanışı Elçin Əliyev bıçaqla qətlə yetirib.

 

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 16 İyun 2023, 10:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin