BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Zeynalovun qohumunun şirkəti daha bir MMC-ni məhkəməyə verdi

“Yük Taksisi.Az” MMC (166 xidməti) "Nila Kimya Az" MMC ilə bağlı məhkəməyə müraciət edib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə 166 xidməti Bakı Kommersiya Məhkəməsinə üz tutub.

 

Belə ki, “Yük Taksisi.Az” daşıma müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

 

İddia hakim Leyla Əliyevanın sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Xatırlatma: "Yük Taksisi.Az" MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Zeynalov Aqil İsmayıl oğludur. Zeynalov Aqil İsmayıl oğlu eyni zamanda 2016-cı ildə təsis olunan “Evakuator.Az” MMC-nin də direktorudr.

 

Məlumat üçün bildirək ki, uzun müddətdir mətbuatda "Yük Taksisi.Az" və “Evakuator.Az” MMC-lərə rəhbərlik edən Aqil Zeynalovun Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla qohumluq əlaqələrinin olduğu yazılır.

 

"Yük Taksisi.Az" daha əvvəl də bir neçə şirkəti eyni iddia ilə məhkəməyə vermişdi.

 

Kamal Məmmədov

Tarix: 16 İyun 2023, 13:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin