Müasir dünyada bazar iqtisadiyyatını azad sahibkarlıq fəaliyyəti və liberal iqtisadiyyat olmadan təsəvvür etmək mümkün deyil. Sürətli sosial-iqtisadi inkişafın təminatı özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafından asılıdır. Məhz elə bu səbəbdən Azərbaycanda sahibkarlığın inkişafı prioritet istiqamətlərdən biridir. Özəl sektor ölkə iqtisadiyyatının inkişafında və qeyri-neft sektorunun şaxələnməsində xüsusi rol oynayır. Ümumiyyətlə, Azərbaycan dövlətinin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri də sahibkarlığın inkişafıdır. Həyata keçirilən uğurlu iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarların maarifləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi kimi tədbirlər nəticəsində ölkədə sahibkarlıq fəaliyyəti daha da inkişaf edir. Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq strukturları həm də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və insanların sosial vəziyyətinin yaxşılaşdırılmasında da mühüm rola malikdir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, hər bir ölkənin yüksək inkişafında onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti mühüm əhəmiyyət kəsb edir.

Deputat vurğulayıb ki, müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyasının müəllifi olan ulu öndər Heydər Əliyev tərəfindən liberal bazar iqtisadiyyatının təmin olunması və azad sahibkarlığın inkişafı ilə güclü əsaslar yaradılıb: “Ötən illər ərzində iqtisadiyyatın liberallaşdırılması, dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması baxımından çox mühüm addım atılıb, “Sahibkarlıq fəaliyyəti haqqında”, “İnvestisiya fəaliyyəti haqqında” və “Xarici investisiyanın qorunması haqqında” qanunların və digər mühüm sənədlərin qəbul olunması azad biznesin inkişafı üçün geniş meydan açıb. Nəticədə Azərbaycanda sahibkarlar ordusu yarandı, 2003-cü ildə özəl sektorun payı ÜDM-də 74%-ə çatdı. Sahibkarlığın inkişafında yeni mərhələ 2003-cü ildən sonrakı dövrə təsadüf edir. Prezident İlham Əliyevin sahibkarlığın dəstəklənməsi üçün qəbul etdiyi mühüm qərarlar, sahibkarlıq sektorunda davamlı islahatların həyata keçirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi azad biznesin həyatında yeni səhifə açıb. Azərbaycanın dövlət başçısı həmişə sahibkarların qayğılarına diqqətlə yanaşıb, onların problemlərini həll edib və onların ən yaxın dostu olduğunu bəyan edib”.
A.Hüseynov deyib ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya, sertifikat, şəhadətnamə və digər sənədlərin sayının azaldılması, sənədlərin verilməsinin elektronlaşdırılması, vergi yoxlamalarının dayandırılması, bütün xidmətlərin ASAN Xidmət vasitəsilə həyata keçirilməsi biznesin fəaliyyətinə olan müdaxilələrə son qoyub: “Liberal iqtisadiyyatın və azad biznesin inkişafında cənab İlham Əliyevin müəllifi olduğu “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” mühüm əhəmiyyət kəsb edir. İndiyə qədər 4 Dövlət Proqramı qəbul olunub. 2004-cü ildən icrasına başlanılan ilk Dövlət Proqramı paytaxtla regionlar arasındakı kəskin fərqin aradan qalxmasına, rayonlarda zəruri infrastrukturların yaradılmasına, yeni istehsal və xidmət müəssisələrinin, iş yerlərinin yaradılması isə əhalinin məşğulluğunun təmin edilməsinə səbəb oldu. Bütövlükdə rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxardı. Sonrakı illərdə icra olunan yeni Dövlət Proqramları rayonların daxili ehtiyatlarının üzə çıxarılması və səfərbər olunması, nəticədə maliyyə imkanlarının yaxşılaşmasına səbəb olub. Rayonlardakı qeyri-neft resurslarının istehsalı və ixracı imkanlarının, aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının artmasına imkan verib”.
Aydın Hüseyonov bildirib ki, ümumilikdə, “Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları”nın icrası son 18 il ərzində ümumi daxili məhsulun 3,4, sənaye istehsalının 3 dəfə, kənd təsərrüfatının 2,2 dəfə, ixracın 7 dəfə artmasına səbəb olub: “Ölkəmizdə 2,2 milyondan artıq yeni iş yeri yaradılıb. İqtisadi fəal əhalinin sayının 5 milyon nəfəri ötməsi, yoxsulluğun səviyyəsinin 5%-dən aşağı düşməsi, on minlərlə yeni müəssisənin yaradılması birbaşa regional inkişaf proqramının icrasının məntiqi nəticəsidir”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə düşünür ki, Azərbaycanda azad sahibkarlıqdan danışmaq nisbətən hələ tezdir:

“Bunun üçün bütün fundamental institutlar öz yerində olmalı, eyni zamanda siyasi institutlar da azad sahibkarlığı dəstəkləməlidir. Seçki institutu, paralel olaraq məhkəmə institutunun, qanunvericilik orqanının müstəqilliyi təmin olunmalıdır. Biznes üçün ədalətli şəraitin formalaşdırılması istiqamətində fundamental hüquqi çərçivə formalaşdırılmalıdır. Məmur müdaxiləsinə, ədalətsiz qərarların qəbul edilməsinə, diskriminativ yanaşmalara şərait olmamalıdır. Məsələn, Azərbaycanda dövlət satınalmalarında yerli sahibkarlara münasibətdə daha fərqli mövqeyin ortaya qoyulması, sanki əlverişli şərait yaradılmış kimi hüquqi çərçivənin formalaşması özlüyündə ölkədə azad sahibkarlığın inkişafı üçün maneə yaradır, bazara sərbəst giriş-çıxış imkanlarını məhdudlaşdırır. Bir sıra istiqamətlərdə lisenziyaların olması müəyyən subyektiv qruplar tərəfindən prosesin öz maraqları çərçivəsində idarə edilməsinə şərait yaradır. Mülkiyyət hüquqlarının təmin edilməsi ilə bağlı müşahidə edilən çatışmazlıqlar özlüyündə prosesi ləngidir. Həmçinin nəzərə almaq lazımdır ki, Azərbaycanda, xüsusilə məmur biznesinin uzunmüddətli dövrdə təşəkkül tapması azad sahibkarlıq institutunun əsaslarını sarsıdan mühüm faktorlardan biri idi. Əslində iqtisadi azadlıqlar indeksinə baxsanız, orada da görə bilərsiniz ki, Azərbaycanın mövqeyi o qədər də ürəkaçan deyil. Azərbaycan xüsusilə hüququn aliliyi, məhkəmə institutu, ədalətli rəqabət mühiti üzrə geridə qalan ölkələr sırasında qərarlaşıb. Bu baxımdan, Azərbaycanda azad sahibkarlığın inkişaf etdirilməsi və azad sahibkarlıq mühitinin formalaşdırılması üçün mühüm fundamental siyasi, iqtisadi və sosial dəyişikliklərə əsas yaradılmalıdır. Qeyd edilən istiqamətlərdə bu günə qədər mövcud olan bütün məhdudiyyətlərin hüquqi əsasları, eyni zamanda praktiki tətbiqi ilə əlaqədar maneələr tam aradan qalxmalıdır. Yerli və xarici investorlara münasibətdə bərabər şərait formalaşdırılmalıdır. Azərbaycan xarici iqtisadi bloklarda, o cümlədən Ümumdünya Ticarət Təşkilatında, eyni zamanda Avropa İttifaqı ilə assosiativ saziş imzalamaqla, müxtəlif gömrük ittifaqlarına qoşulmaqla bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsini təmin etməlidir. Bu da uzunmüddətli yol, uzunmüddətli prosesdir. Bu prosesdə mütləq və mütləq ciddi qərarların qəbul edilməsinə, həmin qərarların icrasına siyasi dəstəyin göstərilməsi vacib məsələdir”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:40
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
Ən son xəbərləri səhifəmizdən də izləyin